Türkiyəli tanınmış müğənni Bakıya gəlib
Türkiyənin məşhur müğənnisi Nadidə Sultan Bakıya qonaq gəlib.
ANS PRESS-in məlumatına görə, məkanlardan birində səhnəyə çıxan müğənni dinləyicilərinə xoş anlar bəxş edib. Azərbaycana ikinci dəfə gəldiyini söyləyən sənətçi ölkəmizdən tez-tez konsert təklifləri aldığını söyləyib. Azərbaycan tamaşaçısının yüksək musiqi duyumuna malik olduğunu söyləyən N. Sultan konsert zamanı hər kəsin onun mahnılarını əzbər oxuduğunu deyib.
Müğənni türk serial qəhrəmanlarının Azərbaycanda tanınmasına çox sevinib.