Axtardığınız bütün xidmətləri bu klinikada tapacaqsınız

Axtardığınız bütün xidmətləri bu klinikada tapacaqsınız
1106 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının mərkəzində yerləşən İstanbul NS Klinika 2009-cu ildən etibarən fəaliyyət göstərir. Müasir avadanlıqları və ixtisaslı tibbi personalları ilə 7/24 sizlərin xidmətindədir. Klinikada tibbin geniş sahələrini əhatə edən xidmətlər yer almaqdadır. 

•    Ümumi Cərrahiyyə
•    Plastik, Estetik Və Rekonstruktiv Cərrahiyyə
•    Üz-Çənə Cərrahiyyəsi
•    Travmatologiya Və Ortopediya
•    Anesteziologiya Və Reanimasiya
•    Alqologiya Və Ağrı
•    Damar Cərrahiyəsi
•    Dermatovenerologiya
•    Endokrinologiya
•    Fizioterapiya Və Reabilitasiya
•    Ginekologiya
•    Kardiologiya

Bizimlə hər kəs görünüşündən razı qalacaq.

İstanbul NS Klinikası Cərrahiyyə şöbəsində hər cür açıq və qapalı (laporoskopik) əməliyyatlar mütəxəssis həkimlər tərəfindən icra olunur. Klinikamızda aparılan cərrahi əməliyyatlar endocərrahi və klassik metodlarla həyata keçirilir. İstanbul NS Klinika Ümumi Cərrahiyyə şöbəsi əsasən aşağıdakı xəstəliklərin müayinə və müalicəsini icra edir:

-Endokrin vəzi xəstəlikləri (buraya qalxanabənzər və ətrafı, böyrəküstü vəzi aiddir)
-Proktoloji xəstəliklər (buraya anal fistula, anal çat, hemorroy və s. aiddir) 
-Qastrointestinal sistem xəstəlikləri (buraya nazik və yoğun bağırsaq, mədə xəstəlikləri aiddir)
-Hepatopankeatobiliar xəstəliklər (buraya öd kisəsi və öd yolları, qaraciyər, mədəaltı vəzi xəstəlikləri aiddir)
-Süd vəzisi xəstəlikləri 
-Yırtıq cərrahiyyəsi
-Laparoskopik cərrahiyyə 
-Dəri və yumşaq toxumaların cərrahi xəstəlikləri
-Qastrointestinal sistem cərrahiyyəsi

İstanbul NS Klinika Cərrahiyyə şöbəsi hansı Qastrointestinal sistem cərrahiyyəsi əməliyyatları həyata keçirir?

-Qida borusunun lipoma, axalaziya, leyomiyoma kimi xoşxassəli törəmələri
-Nazik və yoğun bağırsaq xəstəlikləri (xoşxassəli törəmələr-polipoid lezyonlar, fistulalar, keçməməzlik, bezoarlar)
-Mədə və on iki barmaq bağırsağın qanaxma, deşilmə, mədə çıxacağının stenozu kimi ağırlaşmaları
-Kron xəstəliyi və onunla əlaqəli ağırlaşmalar, hemorroidlər, perianal fistulalar, qeyri-spesifik xoralı kolit), anal çat və s. xəstəliklərin cərrahi müalicəsi həyata keçirilir.

Vaxtaşırı dəqiq müayinə ciddi xəstəliklərin qarşısının alınmasına imkan yaradır.

İstanbul NS Klinikasında müasir texnologiya ilə təchiz olunmuş Endokrinologiya şöbəsi fəaliyyət göstərir. Şöbəmizdə bütün endokrin patologiyaların və metabolizmlə bağlı xəstəliklərin müasir metodlarla diaqnostikası və müalicəsi aparılır.

Klinikamızda yüksək ixtisaslı endokrinoloqlarımız tərəfindən ən son metodlarla bir çox müayinələr həyata keçirilməkdədir. Biz endokrin orqanlarının qruluşu, funklsiyaları, patologiyalarının müayinə, müalicə və profilaktikasını aparırıq.

Şöbəmizdə, həmçinin, son standartlara cavab verən hormonal-laborator müayinələr həyata keçirilir. Həkimlərimiz öz işlərinə məsuliyyətlə yanaşan, sizin məmnuniyyətinizi hər şeydən üstün tutan peşəkarlardır. Mütəmadi olaraq xarici seminarlarda iştirak edən, müasir müalicə metodlarını əla bilən həkimlərimiz sizin sağlamlığınızın qayğısındadır

Sağlam qadınlar sağlam nəsillərin təminatçısıdır.

Ginekologiya şöbəsi qadın reproduktiv orqanlarındakı ginekoloji xəstəliklər və pozğunluqların həlli üçün yaradılmışdır. Şöbəmiz menstruasiyaya başlamış xanımlardan yaşlı xanımlara qədər bütün qadınlara xidmət göstərir. Onların ginekoloji problemlərinin səbəbini öyrənmək və vaxtında müalicəsini aparmaq ginekologlarımızın vəzifəsidir. Ginekoloqlarımız həm də, hamiləlik və doğuş sonrası periodlarda ana və körpənin sağlam həyat tərzi sürməsini dəfələyirlər. 

Həzm sistemi narahatlıqlarınız arzuladığınız təamları yeməyinizə imkan vermir?

İstanbul NS Klinikanın Qastroenterologiya şöbəsində xəstələrə endoskopik üsullarla müalicə və diaqnostika xidmətləri göstərilir. Klinimaızda mədə problemləri üçün qastroskopiya, bağırsaq probləmləri üçün kolonoskopiya üsulları həyata keçirilir. Bu üsullar İstanbul NS Klinikanın sahib olduğu ən muasir avadanlıqlarla həyata keçirilir. Avadanlıqlar yüksək görüntü keyfiyyərinə malik kameralarla təchiz olunub. Bu da öz növbəsində həkimin xəstə və xəstəliyi haqqında lazımı informasiyanın toplamasına köməklik edir. Endoskopiya zamanı xəstənin özünü narahat hiss etməməsi üçün sedasiya tətbiq edilir.

Olduğunuz yeri tərk etmədən analizlərinizi götürməyə gəlirik.

İstanbul NS Klinikası Laboratoriya şöbəsi xəstəliklərinizin dəqiq və vaxtında təyini üçün hər cür tibbi avadanlıqla təchiz edilmişdir. Bədəninizin müxtəlif bölgələrindən alınan nümunələrin analizi ilə dəqiq diaqnoz qoyulur. Klinikamızda biokimya, serologiya, mikrobiologiya, yoluxucu və genetik xəstəliklər və s. sahələrdə analizlər aparılır. Çağrı xidməti ilə artıq olduğunuz yeri tərk etmədən bir zənglə gəlirik, analizlərinizi götürürük. Gün ərzində vaxt itirmədən dəqiq və operativ şəkildə nəticələrinizdən SMS və E-mail vasitəsiylə xəbərdar olacaqsınız.

Sinir sistemi fiziologiyası və xəstələkliklərinin dəqiq müayinə və müalicəsi üçün ən düzgün seçim.    

İstanbul NS Klinika Nevrologiya şöbəsi Serebrovaskulyar xəstəliklərin peşəkar meayinəsini həyata keçirir. Buraya beyin qanaxmaları və beyin damarlarının tıxanmaları daxildir. İflic kimi tanınan insult xəstəliyinin də müayinəsini həyata keçiririk. İnsult, beyin damarlarında tıxanma səbəbindən beynin tam qidalana bilməməsi səbəbindən yaranan xəstəlikdir. Bu özünü müxtəlif nevroloji əlamətlər şəklində biruzə verir. Damarın tıxandığı nahiyədə hüceyrə ölümü baş verir. Bu da öz növbəsində bədədə keyimələr, nitq pozğunluğu, gücsüzlük, halsızlıq, görmə və müqavimət pozğunluğu kimi fəsadlar törədir. Nevroloqlarımız Maqnit Rezonans Tomoqrafiya (MRT) və ya Kompüter Tomoqrafiyası (KT) vasitəsiylə müayinələrinizi aparır. Tıxanmış və ya zədə almış bölgəni aşkar edərək müalicə mərhələsini başladırlar.

Sadalanan xəstəliklərlə yanaşı, təzyiqdən əmələ gələn beyin qanaması, tıxanıqlıqdan qaynaqlanan venoz qanamalar ağır fəsadlar törədə bilər. Cərrahi müdaxilə tələb etmədiyi müddətcə bu xəstəliklərin də müayinə və müalicəsini nevroloqlarımız həyata keçirir.

Huşu itmiş, tənəffüs və ya ürək dəstəyinə ehtiyyacı olan xəstələrimiz reanimasiya şöbəsinə yerləşdirilir. İntensiv terapiya tələb edən xəstəlirimizin müalicəsi isə klinika daxilində aparılır.

Hiperaktiv həyata qayıdın.

Neyrocərrahiyyə sinir sistemi problemlərinin cərrahi müalicəsi ilə məşğul olan yüksək ixtisaslaşmış tibb sahəsidir. Sinir sistemi dedikdə beyin, onurğa beyni, kəllə, sinir toxumalarına və s. dəstək verən qoruyucu örtüklər nəzərdə tutulur. Bədənizimin ən mürəkkəb hissəsi sinir sistemimiz olduğundan bu sahənin özü də ən mürəkkəb tibb sahələrindən biridir. Bu sahə üzrə ixtisaslaşmış həkimlər neyrocərrahlardır. Onlar nevroloji xəstəliklərin diaqnostikasını, müayinə və müalicəsini, cərrahi müdaxiləsini həyata keçirirlər.

İstanbul NS Klinikası Neyrocərrahiyyə şöbəmiz son dərəcə peşəkar və təcrübəli heyyətdən ibarətdir. İstər neyrocərrahlarımız istərsə də şöbəmizdə çalışan digər işçilərimiz yüksək ixtisaslaşmış mütəxəssislərdir. 

Əvvələr müdaxiləsi mümkün olmayan beyin və onurğa beyni toxumalarındakı problemlər artıq müasir texnologiyalarla müalicə olunur. Neyroradioloji görüntüləmə və müasir cərrahi avadanlıqlar problemlərinizdən rahat şəkildə yaxa qurtarmağa köməklik göstərəcəkdir.