İranda etiraz aksiyasında 3 qadın qətlə yetirildi - Fotolar

İranda etiraz aksiyasında 3 qadın qətlə yetirildi - Fotolar
2897 dəfə oxunub
  • A-
  • A
  • A+

İranda sentyabrın 16-dan etibarən keçirilən etiraz aksiyaları səbəbindən üç qadının öldürülüb.

Axşam.az xarici mediaya istinadən qəbər verir ki, qətlə yetirilən qadınlar 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi və 20 yaşlı Hədis Nəcəfi olub. 

Məlumata görə, Hananeh Novşəhr şəhərində həkimdən evə geri dönərkən yolda polis tərəfindən güllələnib. Yaxınlarının verdiyi məlumata görə, onun cəsədi artıq ailəsinə təhvil verilib.

Qətlə yetirilən Qəzəli Çələvinin  Amol şəhərində alın nahiyəsindən güllələnərək qətlə yetirildiyi bildirilir.

Hədis Nəcəfi Kərəc şəhərində keçirilən aksiya zamanı 6 güllə yarası alıb. Nəcəfinin bacısının sözlərinə görə, o, baş, boyun, sinə və qarnından yaralanıb. Hədis Nəcəfinin ölümü sosial şəbəkələrdə rezonans doğurub. Bir çox istifadəçi onun bir müddət əvvəl çəkilən fotosunu da paylaşıb.

Xatırladaq ki,  İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. 20 yaşlı Hədis Nəcəfi adlı gənc qız Kərəc şəhərində keçirilən aksiya zamanı 6 güllə yarası alaraq dünyasını dəyişib.