"Ailəmin ehtiyacını ödəmək üçün məcbur bunu edirəm"

"Ailəmin ehtiyacını ödəmək üçün məcbur bunu edirəm"
5170 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yaradıcılığım aşıb daşır. Hər gün yeni bir əsər yaradıram. Mən heç dayanmıram. Amma maddiyat yoxdur ki, onları üzə çıxardım".

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib. Müğənni son günlər yaşadığı maddi sıxıntılardan danışıb. Seyidcahan deyib ki, artıq onun bəstələrini alan da yoxdur:

"Müğənnilər bəstəkar mahnıları oxumurlar. Hamısı pul gətirən mahnılara qaçıb. Hətta özləri yazır, aranjiman edirlər, özləri qazıb, montaj edirlər. Bəstəkara pul vermək onlara sərf etmir. Müasir dövrdür, hamısı kompüteri də bilir. Otururlar hazır ritmləri düzüb-qoşurlar, pul qazanırlar. 

Dünyada müharibədir, şou-biznesə heç baş qoşan yoxdur. Amma Rusiyada müharibənin olması bizimkilərin toy biznesinə təsir edəcək".

Müğənni əlavə edib ki, məcburoyyətdən şou-proqramlara gedir:

"Toy üçün çalışmıram. Çalışsam, efirdə pul gətirən, toy tutacağım mahnılar oxuyardım. Mənim kimi bəstəkar məcbur şou-proqrama da, toya da gedirəm. Toy üçün çalışsaydım, hər gün toyum olardı. Toylarda necə gözəl oxuyuram hamı bilir. Mənə "meydangir" deyirlər. İstəyirəm ki, mən yaradıcılığımı bəstəkarlıqda formalaşdırım. Amma ailəmin ehtiyacı ucbatından toy və şou-proqrama gedirəm. Az da olsa, Allah bərəkət versin".