“Spring” hoteldəki yanğında 50 nəfər təxliyə edilib - Fotolar+Yenilənib

“Spring” hoteldəki yanğında 50 nəfər təxliyə edilib - Fotolar+Yenilənib
2903 dəfə oxunub
  • A-
  • A
  • A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın olması barədə məlumat daxil olub.

Axşam.az-ın məlumatına görə, FHN-in mətbuat xidmətindən bildirilib ki, yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring" hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum üzə çıxıb. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur. 

Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, hotel binası yanğından mühafizə olunub, yanğın söndürülüb.

***

"Spring"dəki yanğın nəticəsində ümumi sahəsi 25kv.m olan sauna otağının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan hovuz bölməsinin alüminium materialından ibarət tavanı 60kv.m sahədə əriyib. Yanğın zamanı tikilinin 2-ci mərtəbəsində yerləşən banket zalından 50 nəfər vətəndaş FHN əməkdaşları tərəfindən təxliyə olunub.

Ümumi sahəsi 4200kv.m olan 4 mərtəbədən ibarət yardımçı tikilinin böyük hissəsi və otel binası yanğından mühafizə olunub.

FHN: “Spring” hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB 1   - FOTO