"Fəryad-2" bu tarixdə təqdim olunacaq

"Fəryad-2" bu tarixdə təqdim olunacaq
2357 dəfə oxunub
  • A-
  • A
  • A+

“Həyat, deyəsən, gözəldir" (Fəryad-2") filmi noyabrda beynəlxalq festivalda təqdim olunacaq.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bunu rejissor Vaqif Mustafayev "Şuşa söhbətləri" layihəsində çıxışı zamanı deyib.

O, filmin festivaldan sonra ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb:

"Film festivalda təqdim olunandan sonra artıq ictimaiyyətə də nümayiş ediləcək".

Rejissor filmin çəkiliş prosesindən danışıb: "Filmin əsas hissələri Hadrutda, erməni səngərində çəkilib".