"Oğlanlar üçün ideal evlilik yaşı..." - Rafael Həsənovdan məsləhət+Video

"Oğlanlar üçün ideal evlilik yaşı..." - Rafael Həsənovdan məsləhət+Video
7473 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Nail Naiboğlunun yutubda yayımlanan "Yoldaş" layihəsinin qonağı Diaqnoz Tibb Mərkəzində çalışan həkim qastroenteroloq-endoskopist Rafael Həsənovdur. 

Axşam.az xəbər verir ki, çəkiliş üçün onlar Gəncə şəhərinə yollanıblar. 

"Bir məqama gəlib çatmaq istəyirsənsə, əziyyət çəkməlisən. Ya kiminsə vasitəsilə gəlib şans sənə düşməlidir: qohumun, valideynin imkanlı olmalıdır ki, sənə yardım etsin, ya da əziyyət çəkməlisən" deyən, həkim uğurlarından bəhs edib. O bildirib ki, bir işin peşəkarı olmaq üçün çox çalışmaq lazımdır. 

Şəxsi həyatından danışan həkim gənclərə məsləhət verib:

"Sevginin təməlində hörmət var. 25 yaşımda ailə qurmuşam. Oğlanlar üçün ən ideal evlilik yaşı 28-32 arasıdır. Amma hər şey mütləq belə olmalıdır deyə bir şey yoxdur. Amma insanın fikri o yaşda daha çox formalaşır". 

Daha sonra Rafael Həsənov şəhid Ceyhun Abbasovun evinə yollanıb. "Qürurvericidir ki, müharibədə qalib gəldik. Bunu da Ceyhun kimi minlərlə şəhidimizə borcluyuq. Ona görə də, nə qədər şəhid ailələrinin yanında olsaq da, azdır" deyə, həkim bildirib. 

Proqramda şəhidin xanımı, qızı Kəmalə və oğlu Ərtoğrul da yer alıb. 

Rafael Həsənov Nailin "Heç olur ki, xəstənin imkanı olmasın və təmənnasız müayinə edəsiniz" sualına belə cavab verib:

"O qədər olur ki... Kömək edirik. Elə xəstələr olur ki, ancaq klinika rüsumunu ödəyib, demişəm, mənə heç nə lazım deyil. Əməliyyatın adı stresdir. Hər əməliyyata girəndə həyəcanlanırsan. İnsan faktorudur. Bir səhvin xəstənin ağırlaşmasına belə gətirib çıxarar".

"Un məmulatları, şirniyyat və şokoladlar ziyandır. Xəstə öz xəstəliyindən məlumatlı olmalıdır. İnternetdə hər şey var, açıb oxuya bilərlər. Sonra həkimə gələndə sənə nəsə deyirsə, onda anlayacaqsan savadlıdır, ya yox" deyən, həkim qastroenteroloq məsləhət verib.

Həkimlə əlaqə: (+994 50) 220 84 41

www.drqastroentroloq.az

E-mail: [email protected]

İnstaqram: dr.rafael_hesenov

Facebook: http://https//www.facebook.com/drrefaelhesenov