Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita Presnikovun sentyabrın 21-də qismən səfərbərlik elan edildikdən dərhal sonra ölkəni tərk etdiyi ortaya çıxıb.
Axşam.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. Bildirilib ki, o, qismən səfərbərlik elan edildikdən üç gün sonra - sentyabrın 24-də Rusiyadan gedib.
Telekanalın məlumatına görə, Nikita sərhədi keçmək üçün Estoniya ilə sərhəddə yerləşən İvanqoroddakı keçid məntəqələrindən birini seçib. Həmçinin qeyd olunub ki, Puqaçovanın nəvəsinin Litva vətəndaşlığı var, ona görə də sərhədi keçmək üçün onun şengen vizasına ehtiyacı olmayıb.
Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Daha sonra o, yenidən Rusiyanı tərk edərək İsrailə gedib. Onun İsrail vətəndaşlığı aldığı iddia olunub. Bir neçə gün əvvəl Puqaçova İsraildə olduğunu təsdiqləyib.