Puqaçovanın adı bu dəfə Qırmızı meydanda işıqlandırıldı - Video

Puqaçovanın adı bu dəfə Qırmızı meydanda işıqlandırıldı - Video
1618 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçovanın adı ölkədə yenidən səmada lazer işıqları vasitəsilə əks edilib. 

Axşam.az xəbər verir ki, bu dəfə ifaçının adı Moskvanın Qırmızı meydanında səmada yazılıb. Yazıda "Alla, sən ən yaxşısısan, biz səni sevirik" sözləri əks olunub. Görüntülərin bir neçə gün əvvəl çəkildiyi bildirilib və video sosial media seqmentində yayılıb.

Qeyd edək ki, Rusiyanı ikinci dəfə tərk edən və İsrail vətəndaşlığı aldığı iddia edilən Puqaçovanın adı "Ostankino" televiziya mərkəzinin fasadında "Alla, nə yaxşı ki, qaçdın" sözləri əks olunmuşdu