Yenicə ailə quran Sevdadan təzə klip - video
Yenicə ailə quran əməkdar artist Sevda Ələkbərzadə təzə klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, sənətçi üç ildir üzərində işlədiyi layihəsi çərçivəsində çəkdirdiyi ekran işini “Youtube” kanalında yerləşdirib. “Arazbarı” adlı ifaya çəkilən klipin rejissoru gürcü əsilli Qaqa Qabrieldir. S.Ələkbərzadə açıqlamasında yeni ekran işi haqqında bunları deyib:
“Bu mahnını indiyə kimi heç bir musiqiçi oxumayıb. Onu yeni albomuma daxil etmişəm. Ekran işinin analoqu yoxdur. Bir kadra çəkilib. Montaj olunmayacaq. Bəstəni gürcü xoru ilə birlikdə oxumuşam”.
Qeyd edək ki, “Arazbarı” sənətçinin iyunun sonunda işıq üzü görəcək albomunda yer alacaq. Mahnının musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyova məxsusdur.