Xəbər verdiyimiz kimi, hər il keçirilən "Altın kelebek" mükafatı bu il başlamadan bir çox etirazlarla qarşılaşıb, bəzi simalar isə hətta ondan imtina edib.
Axşam.az xəbər verir ki, mükafatlandırmadan narazı olanlardan biri də aktyor İsmail Hacıoğlu olub.
Belə ki, onun adı finala çıxanlar arasında yer almayıb. İsmail məsələ ilə bağlı sosial media hesabında yazıçı Lev Tolstoyun bu sözlərini paylaşıb:
"Çox qışqırdım eşidilmədi, artıq fısıldamaram da".
Qeyd edək kİ, İsmail hazırda finalı yayımlanacaq "Mahkum" serialında rol alır. O, ekran işində əkiz qardaşları canlandırırdı.
