Sevgi etiraflarından klip hazırlandı - video

Sevgi etiraflarından klip hazırlandı - video
1393 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Castin Timberleyk öz pərəstişkarlarından maraqlı xahiş edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, Tvitterdəki sevənlərindən sevgi etirafları etməsini istəyib.
 
Bu təkcə əks cinsə deyil, valideynlərə, uşaqlara, ev heyvanlarına, təbiətə və sairə ola bilərdi. Bütün bu videolardan ulduz maraqlı klip hazırlayıb. “Not a bad thing” sinqlının ekran əsəri klip və sənədli filmin qarışığı olub. Klip 2 gün ərzində ifaçının pərəstişkarları tərəfindən böyük diqqət görüb.

Xatırladaq ki, “Not a bad thing” sinqlı Castinin dördüncü albomuna daxil edilib. "The 20/20 Experience: 2 of 2" ulduzun keçən il çıxan "The 20/20 Experience" musiqi toplusunun davamı olub.