Kamran Həsənlinin “Sizin saat”ında nələr olacaq?
Şoumen Kamran Həsənlinin hər həftənin cümə axşamı “Space”də yayımlanan “Sizin saat” tok-şousu yenə də maraqlı mövzularla efirə gələcək.
Axşam.az-ın məlumatına görə, hər zaman maraq doğuran verilişin qonaqları tanınmış və sənətə yeni gələn ifaçılar olacaq.
Hər dəfə fərqli mövzulara müraciət edən proqramın növbəti buraxılışında tanınmayan gənc istedadlar müzakirə olunacaq.
“Sizin saat”ın yeni buraxılışına bu gün saat 22:35-də “Space” telekanalında baxa bilərsiniz.