"Yuğ" teatrı beynəlxalq festivalda

"Yuğ" teatrı beynəlxalq festivalda
471 dəfə oxunub
  • A-
  • A
  • A+

Qazaxıstanın Almatı şəhərində təşkil olunan Mərkəzi Asiya ölkələrinin VIII Beynəlxalq Teatr Festivalında ölkəmiz də təmsil olunur.

Axşam.az xəbər verir ki, ölkəmizi bu festivalda Dövlət “Yuğ” Teatrı təmsil edir.

Festivalın açılış mərasimində teatrın baş rejissoru Mikayıl Mikayılov və ədəbi dram hissəsinin rəhbəri Elçin Cəfərov iştirak ediblər.

Festival çərçivəsində noyabrın 4-də “Yuğ” teatrının “Kloun Bizzz” tamaşası nümayiş olunacaq.

Tamaşada teatrın sənətçiləri Zümrüd Qasımova, Təranə Ocaqverdiyeva və Natəvan Qeybani çıxış edəcəklər.