Xəbər verdiyimiz kimi, Sumqayıt Dram Teatrının aktyorları əməkhaqlarının gecikməsindən şikayətçidirlər.
Axşam.az xəbər verir ki, aktyorlar 8 aydır maaşlarının gecikdiyini deyiblər. Onlar bildiriblər ki, buna səbəb teatrın rəhbərsiz qalmasıdır.
Mədəniyyət Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Onlar aktyorların iddiasını əsassız adlandırıblar.
"Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Oktyabr üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək" deyə, açıqlamada qeyd edilib.