Qorxu janrında yazdığı romanlarla məşhurlaşan amerikalı yazar Stiven Kinq Ukraynaya səfər edəcək.
Axşam.az xəbər verir ki, bu barədə Ali Radanın teleqram kanalında məlumat yayılıb.
Səfərin detalları barədə ətraflı məlumat verilməsə də dəhşət janrının kralın Kiyevə Varşavadan qatarla gələcəyi və artıq yola düşdüyü bildirilib. Məlumata görə, bu məqsədlə qatara əlavə vaqon qoşulub.
Xatırladaq ki, müharibənin ilk vaxtlarından Ukraynaya dəstək olduğunu ifadə edən Kinqin kitablarının Rusiyada nəşrindən imtina edilmişdi.
Qeyd edək ki, 2021-ci ilin dekabrında "Strorytel" audiokitab xidməti ruslar arasında ən populyar yazıçıların adını açıqlayarkən S.Kinq bu siyahıda dördüncü sırada yer alıb.