Ukraynanın Xalq artisti Ani Lorakın hazırda harada olduğu ortaya çıxıb.
Axşam.az xəbər verir ki, bu, ifaçı sosial media hesabında paylaşdığı şəkillərdən görünüb. Belə ki, İspaniyada olan Lorak "Su mənə güc verir... Burada özümü evimdəki kimi hiss edirəm" sözlərini yazıb.
Qeyd edək ki, ifaçının adı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarına daxil edilən məşhurlar siyahısında yer alıb. Sanksiyalar çərçivəsində onun ölkədəki aktivləri və əmlakları müsadirə edilib.

