Ani Lorakla Taisiya Povaliyə milyonluq zərbə

Ani Lorakla Taisiya Povaliyə milyonluq zərbə
805 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artistləri Ani Lorak, Taisiya Povaliy, müğənni Anna Sedokova, teleaparıcı Regina Todorenko oktyabrın əvvəlində ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaları ilə üzləşib.

Axşam.az xəbər verir ki, sanksiyaların bir hissəsi kimi onların Ukraynadakı aktivləri və əmlakı müsadirə olunub.

"StarHit"in məlumatına görə, məşhurlar bundan sonra ölkədəki pullarını və əmlaklarını idarə edə bilməyəcəklər. Bəlli olub ki, Lorak Kiyevdə 400 kvadratmetr sahəsi olan elit mənzilin sahibidir. Və evin dəyəri 1,5 milyon dollardır (2,5 milyon manatdan çox).

Həmçinin bildirilib ki, Povalinin ölkədə biri üçmərtəbəli olmaqla 2 malikanəsi var. Hazırda bu mülklə bağlı da nə baş verdiyi məlum deyil.

Fotoda: Povalinin mülklərindən biri.