Ukrayna Ani Lorak və başqalarına sanksiya tətbiq etdi

Ukrayna Ani Lorak və başqalarına sanksiya tətbiq etdi
1238 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sanksiyaların yeni paketini təqdim edib.

Axşam.az xəbər verir ki, “Економічна правда” nəşrinin məlumatına görə, sanksiyalar məşhurların adları da daxil olmaqla 3000-dən çox şəxsi əhatə edir.

Belə ki, siyahıda Ukraynanın Xalq artistləri Ani Lorak, Taisiya Povaliy, müğənni Anna Sedokova, teleaparıcı Regina Todorenkonın da adları var. Qeyd olunur ki, dörd məşhurun ​​da Ukrayna vətəndaşlığı var.

Sanksiyalar çərçivəsində onların Ukraynadakı aktivlərinin və əmlakının müsadirəsi nəzərdə tutulur. Qərarın qüvvəyə minməsi Prezident Volodimir Zelenskinin müvafiq fərmanı imzalamasından sonra gözlənilir.