Etirazlardan sonra Coninin mahnıları senzuradan keçib - Fotolar

Etirazlardan sonra Coninin mahnıları senzuradan keçib - Fotolar
1059 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) etirazlarla qarşılanan konserti Çeçenistanın paytaxtı Qroznı şəhərində baş tutub.

Axşam.az xəbər verir ki, “Qroznı-inform” agentliyinin məlumatına görə, ölkənin mədəniyyət nazirinin köməkçisi Elina Murtazova açıqlamasında Coninin mahnılarının senzuradan keçdiyini bildirib. Nazirliyin yoxlanışlarından sonra müğənninin Çeçenistanda olmasına və mahnı ifa etməsinə heç bir maneə olmadığı qənaətinə gəlinib.

Konsertin ardından Coni “Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu, çox ruhlandırıcı idi” deyə, paylaşım edib.

Qeyd edək ki, daha əvvəl ifaçının Qroznıda konsert verməsi yerli sakinlər tərəfindən etirazlarla qarşılanmışdı.

Onu da qeyd edək ki, "Chechnya Today" nəşrinin məlumatına görə, 2 saat davam edən konsertdə 4 minə yaxın izləyici qatılıb.