"Təki Vətən sağ olsun!" təqdim olundu - Video

"Təki Vətən sağ olsun!" təqdim olundu - Video
587 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti 8 Noyabr – Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar "Təki Vətən sağ olsun!" adlı qısametrajlı film hazırlayıb.

Axşam.az xəbər verir ki, 44 Günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ikinci quruluşçu rejissoru, eyni zamanda operator və montajçısı Murad Həsənovdur. Filmdəki obrazları teatrın aktyorları, Əməkdar artist Nadir Xasiyev, onun oğlu Səmədzadə Xasiyev və nəvəsi Əlibəy Xasisoy canlandırıblar.

Vətənpərvərlik mövzusunda hazırlanan silsilə layihələrin davamı olan bu filmdə teatrın aktyorları İbrahim Əlizadə, Hidayət Əliyev, Murad Əliyev də iştirak ediblər. Həmçinin teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərlik etdiyi balet truppasının üzvləri də kütləvi səhnələrdə çəkiliblər.

Onların arasında l Qarabağ Müharibəsi iştirakçısı, "Laçının azad olunması uğrunda" medalı ilə təltif olunan teatrın balet artisti Murad Ağayev də vardır.