Kirkorovun səhnə geyimləri Qazaxıstan sərhəddindən buraxılmayıb

Kirkorovun səhnə geyimləri Qazaxıstan sərhəddindən buraxılmayıb
1187 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov Qazaxıstanın Bişkek şəhərində baş tutan konsertində qarşılaşdığı problemdən danışıb.

Axşam.az xəbər verir ki, ifaçı konsertdə əvvəldən seçdiyi kostyumlarda çıxış edə bilmədiyini və buna səbəb sərhəddə qarşılaşdığı problemin olduğunu bildirib. Onun sözlərinə görə, geyimlərini daşayan nəqliyyat vasitəsinin sərhəddə saxlanılıb:

“Daşkənddə konsertim var idi, sonra Bişkekdə keçirilməli idi. Bu şoular arasında Dubaya uçduq, çünki orada da daha bir çıxışım olmalı idi. Biz Daşkənddən Bişkekə uçarkən mənim kostyumlarım olan yük maşınları Qazaxıstan sərhədində ilişib qalıb və hansısa bürokratik məsələlərə görə hələ də orada saxlanılıblar”

Qeyd edək ki, Kirkorov Qağıstandakı konsertində zalda əyləşən şəxslərdən birini gül buketi ilə vurmuşdu.