"Anamın kitabı" yenidən səhnədə

"Anamın kitabı" yenidən səhnədə
555 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 18-19-20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın növbəti dəfə nümayişi olacaq.

Axşam.az xəbər verir ki, tragikomediyanın quruluşçu rejissoru Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyevadır.

Qeyd edək ki, səhnə əsəri adından göründüyü kimi ana dili haqqındadır. Ananın üç oğlu və bir qızı var. Biri ingilis, digəri rus, biri də fars dili üzrə təhsil alıb. Ana yeganə qızının gələcək taleyini oğlanlarından heç biri ilə həll edə bilmir. Obrazlı desək, ananın kitabını heç bir oğul oxumur. Çünki bu oğullar nə anaya, nə də Vətənə layiq övlad kimi yetişməyiblər.