Xəbər veridiyimiz kimi, türkiyəli aktyor Kaan Urgancıoğlu ilə müxbirlər arasında növbəti dəfə gərginlik yaşanıb.
Axşam.az xəbər verir ki, aktyor paparatsilərin suallarını cavablandırdıqdan sonra oradan uzaqlaşmaq istəsə də, avtomobilini onu gözləyən digər müxbirlərdən birinin maşınına vurub. Gözlənilməz hadisənin ardından Kaan zərərçəkmişin nömrəsini alaraq problemi həll edəcəyini bildirib.
Qeyd edək ki, hadisədən əvvəl Kaan "Kara sevda" serialında tərəf müqabillərindən olan Burak Özçivitlə bağlı sualı istehzalı formada cavablamışdı.

