Ukraynada "Avroviziya" seçimlərində qalmaqal - Video

Ukraynada "Avroviziya" seçimlərində qalmaqal - Video
540 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın "Avroviziya 2023"də iştirakı ətrafında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, bu il Turində keçirilən müsabiqədə qalib gələn Ukrayna adından qarşıdan gələn 67-ci "Avroviziya" müsabiqəsi Liverpulda keçiriləcək.

Bundan əvvəl Ukraynanın milli ictimai televiziya və radio şirkəti yarışma üçün Ukrayna milli seçiminin finalı bu il dekabrın 17-də keçiriləcək və canlı olaraq bomba sığınacağından yayımlanacaq. Müsabiqəyə gedəcək 36 namizədin siyahısı bir müddət əvvəl yayımlanıb. Bundan əvvəl 299 mümkün iştirakçıdan 400 mahnının daxil olduğu bildirilirdi.

Ukrayna milli seçimi ilə bağlı qalmaqal, musiqiçi Lue Basonun video müraciətindən sonra başlayıb. O, yarışmaya qatılmaqdan imtina edib. ifaçı bildirib ki, seçim mərhələsindəki ab-hava xoşuna gəlməyib:

"Sanki iştirakçılar onlara təşəkkür etməlidir ki, dinlənilirlər. İştirakçıların sizə yaxşılıq etdiyini nə vaxt başa düşəcəksiniz? Onların mahnılarına pul vermirsiniz. Hətta bəzi iştirakçıların özləri milli seçimdə xərclərini ödəyirlər. Finala keçib-keçməməyimlə bağlı məlumat almaq istədim, amma heç kim bir söz demədi. Ancaq bir neçə iştirakçı nəticədən xəbərdardır".

İştirakçı qeyd edib ki, münsif kürsüsündə oturan Camala Ukrayna milli seçimində onun ifasını dinləmək əvəzinə telefonla oynayıb. Luenin sözlərinə görə, münsiflər heyətinin üzvü Tina Karolun onun ötənilki çıxışını haqsız qiymətləndirib. 

Ukraynanın ictimai yayımı “Eurovision 2023” müsabiqəsi üçün milli seçimdə iştirak ərizəsini geri götürən Lue Basonun qalmaqallı ittihamlarına hələ də cavab verməyib.