“Göyçək Fatma” nümayiş olunacaq

“Göyçək Fatma” nümayiş olunacaq
599 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 17-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Göyçək Fatma” tamaşası nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

Bir saatlıq interaktiv səhnə işində quruluşçular klassik kukla teatrı ənənələri ilə müasir animasiyanın funksionallığını sintez etməyə, balacalar üçün sürətli keçidlərlə daim hərəkətli (dekor və kuklaların əksəriyyəti fərqli personajlara çevrilə bilirlər) quruluşu təmin ediblər.

Mövzu olaraq yaxşının daim qalib gələcəyini, səbirin mükafatla nəticələnəcəyini tərənnüm edən səhnə işinin rejissoru personajların bir neçəsini komik oyuna cəlb etməklə ümumi ovqatı daim yüksək tutmağa, tamaşanın tempotirmini bu yolla saxlamağa çalışıb.

Birhissəli uşaq tamaşasında rolları aparıcı səhnə ustaları Cəmilə Allahverdiyeva, Aygül Ağayeva, Ülviyyə Əliyeva, aktyorlar Ramiz Qəmbərov, Yasin Abbasov, Nərmin Əhmədova, Yusif Baxşəliyev ifa edəcəklər.