Aktrisa qəzada ölən keçmiş həyat yoldaşından yazdı - "Səni bağışladım"

Aktrisa qəzada ölən keçmiş həyat yoldaşından yazdı - "Səni bağışladım"
2907 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Amasya bölgəsində teatr aktyorlarını daşıyan nəqliyyat vasitəsinin yük maşını ilə toqquşması nəticəsində 3 nəfər vəfat edib, 8 nəfər isə yaralanıb.

Axşam.az xəbər verir ki, qəzada dünyasını dəyişənlərdən biri də teatr tamaşalarında rejissorluq və işıqlandırma işlərindən məsul olan Tolqa Güleryüzdür. Ölüm xəbərinin ardından Tolqanın keçmiş həyat yoldaşı, aktrisa Zeynep Gülmez sosial media hesabında onunla bağlı paylaşım edib.

"Qəbul etmək çox çətindir. Acını yazmaq, sözlər mənasız gəlir... Boş. Mən səni bağışladım. Sən də məni bağışla" deyə, aktrisa yazıb.

Qeyd edək ki, hadisə nəticəsində Özgür Karataş və Burak Topçu da həyatını itirib.