Qəzada yaralanan aktyor əməliyyat olunacaq

Qəzada yaralanan aktyor əməliyyat olunacaq
1031 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Amasya bölgəsində teatr aktyorlarını daşıyan nəqliyyat vasitəsinin yük maşını ilə toqquşması nəticəsində 3 nəfər vəfat edib, 8 nəfər isə yaralanıb.

Axşam.az xəbər verir ki, qəzada yaralanan aktyorlardan biri də Sergen Devecidir. Hadisə nəticəsində ağır yaralanan aktyorun boynunda və onurğasında sınıqlar olduğu ortaya çıxıb. Bu səbəbdən onun əməliyyat olunacağı bildirilib.

Əməliyyatın uğurlu olacağı təqdirdə Sergenin 1 həftə sonra evə buraxılacağı açıqlanıb.

Qeyd edək ki, hadisə nəticəsində Tolqa Güleryüz, Özgür Karataş və Burak Topçu həyatını itirib.