“Sindbad” nümayiş olunacaq

“Sindbad” nümayiş olunacaq
450 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında balaca tamaşaçılar üçün ərəb xalq nağılları əsasında hazırlanmış “Sindbad” tamaşası təqdim ediləcək.

Axşam.az xəbər verir ki, tamaşada əsas rolları Bəhram Əliheydər, Asya Atakişiyeva canlandıracaqlar. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Qeyd edək ki, maraqlı rəqs, döyüş elementləri, göz oxşayan personaj geyimləri və şən musiqi ilə müşayiət olunan “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanmış “Sindbad” tamaşasında Sindbadla dostlarının cəsurluğundan danışılır. Onlar birlikdə bütün pisliklərin qarşısını alırlar. Sindbad və dostları dəniz səyahətinə çıxır və müxtəlif əyalətlərdə olurlar. Onlar həm quldurlarla, həmçinin bir əyaləti susuz qoyan Təpəgözlə rastlaşırlar. Sindbadın sözləri tamaşanın ideyasına çevrilir: “Mən axtardığım həqiqəti tapdım. Həqiqət budur ki, ehtiyacı olandan köməyini əsirgəmə, hər zaman yaxşılıq et ki, qarşına da yaxşılıq çıxsın”.