İkinci “4.4 Qısa Tamaşalar Festivalı” başladı - Fotolar

İkinci “4.4 Qısa Tamaşalar Festivalı” başladı - Fotolar
583 dəfə oxunub
  • A-
  • A
  • A+

II “4.4 Qısa Tamaşalar Festivalı”nın açılışı olub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, festivalın açılışı Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova festivalın əhəmiyyətindən danışıb: "Festivalın məqsədi pandemiyadan sonra teatrımıza yeni nəfəs vermək idi ki, bunun da öhdəsindən gəlindi. Festivalın çox zəngin proqramı var. Builki festivala xaricdən dəvət olunmuş mütəxəssislər də var ki, bu da bizim üçün yenilikdir".

Ardından bu ilin festival proqramı videoçarx vasitəsilə nümayiş olunub.

Festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.

Təşkilat komitəsinə göndərilən 20-dən artıq tamaşadan 12-si müsabiqə proqramına daxil edilib.

Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.

Bundan əlavə, Festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb.

Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, Festival günlərində tamaşaçılar K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyni adlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.

Festival 30 noyabrda yekunlaşacaq.