Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında apardığı yoxlamalar davam edir.
Axşam.az xəbər verir ki, bu haqda teatrın mətbuat katibi Həmidə Rüstəmova feysbukda yaydığı videomüraciətdə deyib:
"Cari tamaşalarlar oynanılır, yeni tamaşalarımızın məşqləri öz tempində davam edir".
Mətbuat katibi əlavə edib ki, yoxlamalar onların işinə mane olmur. Eyni zamanda əməliyyat bitdikdən sonra mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.