Məşhurların toy tərzi - Fotolar

Məşhurların toy tərzi - Fotolar
15241 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər veridiyimiz kimi, müğənni Xatun Əliyeva oğlu Adilin toy məclisinə sənət adamlarını da dəvət edib. 

Axşam.az xəbər verir ki, gecəyə qatılan tanınmış simalar geyimləri ilə sanki yarışa giriblər. 

Xalq artisti Aygün Kazımova məclisdə yer alan özəl qonaq olub. Pop diva məclisə mavi rəngli dəst geyinib. Məclisin ən parlaq tərzli qonağı olan Kazımova görünüşünü fərqli boyunbağı və qaşlı çəkmə ilə tamamlayıb. 

Müğənnilər Mətanət Əsədova və Ayan Babakişiyeva birlikdə obyektiv qarşısına keçiblər. Ayan məclisə al-əlvan qırmızı don geyinsə də, Mətanət qara rəngə üstünlük verib. Əsədovanın uzun libası sinə dekoltesi ilə diqqət çəkib. O, tərzini gümüşü aksessuarlarla tamamlayıb. 

Müğənni Gülay Zeynallı qara uzun paltar seçib. O, geyimini qara ayaqqabı ilə tamamlayıb. 

Rəqqasə Rəna Ağamuradova (Renka) ifaçılardan fərqli olaraq haki rəng geyimə üstünlük verib. Rəqqasənin libası göbək dekoltesi ilə diqqət çəkib. 

Aparıcı Zümrüd Bədəlova göy rəngli parıltılı libas seçib. O, tərzinə gümüşü sırğa ilə rəng qatmağa çalışıb.

Aparıcı Günay Baxşəliyeva uzun gümüşü və qara rənglərin qarışığından olan geyimlə toya gəlib. 

Son günlər xeyli çəki atan müğənni Xatirə İslam qara uzun libas seçib. İfaçının bir neçə dəfə istifadə etdiyi paltarının aşağısı tüllə bəzədilib. 

Müğənni Xatun Əliyeva isə məclisdə iki dəfə geyim dəyişib. O, gümüşü zərli və mavi paltar seçib.