"Azdrama"nın dekabr repertuarı

"Azdrama"nın dekabr repertuarı
1059 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı dekabrda maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək.

Axşam.az xəbər verir ki, dekabrın 9, 10, 11–də teatrın səhnəsində “Xurşidbanu Natəvan”, 16-da isə “Qətibə İnanc” tamaşaları nümayiş olunacaq.

Həmçinin dekabrın 17-də “Qürbətdən gələn məktublar”, 18-də “Ah, bu uzun sevda yolu” tamaşaları göstəriləcək.

Sənət ocağı hər zaman olduğu kimi, bu dəfə də dekabrın 24, 25, 27, 28, 29, 30 və 31- də Yeni il şənlikləri ilə balacaları sevindirəcək.