Namiq yenə də zəlzələni çəkdi – video
Meyxanaçı Namiq Qaraçuxurlunun yeni paylaşdığı video maraq doğurub.
Axşam.az-ın məlumatına görə, sənətçi bir saat bundan əvvəl paytaxtda baş verən zəlzələni lentə alıb. Videonu İnstaqram səhifəsində paylaşan Namiq “Məşhur çilçıraq yenə də zəlzələdən xəbər verdi. Keçmiş olsun” şərhini yazıb. Meyxanaçının bu videosuna tanınmışlar da reaksiya verib. Müğənni Xatirə İslam “Mən də hiss etdim. Kreslo silkələndi” deyə bildirib.
Qeyd edək ki, Namiq Qaraçuxurlu bir neçə ay əvvəl Bakıda olan zəlzələni də videoya çəkmişdi.