PİNQ ləqəbi ilə tanınan rusiyalı reper Vlad Kozitsyn Moskvada gecə klubunun qarşısında döyülüb
Axşam.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, hadisənin dekabrın 3-nə keçən gecə baş verib. Məkan çıxışında bir qrup sərxoş vəziyyətdə olan şəxslər ifaçıya hücum edib.
25 yaşlı reper təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər ona burun sınığı diaqnozu qoyublar.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın xalq artisti Qriqori Lepsin küçədə dava etdiyi görüntülər yayılıb.
