Şahzadə Harri ilə həyat yoldaşı Meqan Markl Amerikada kral ailəsində irqçiliklə mübarizəyə görə mükafat aldığı bir vaxtda, Londonda Bukinqem sarayında Uelsin yeni şahzadəsi Keyt Middltonun iştirakı ilə diplomatik ziyafət təşkil edilib.
Axşam.az xəbər verir ki, "Daily Express"in məlumatına görə, sarayda keçirilən qala gecəsində Keyt 10 min 300 funt-sterlinq (təxminən 21 min 330 manat) dəyərində "Jenny Packham"dan olan qırmızı libasla qatılıb. O, imicini kral ailəsinə məxsus brilyant və mirvarilərdən ibarət "Lotus çiçəyi" tacı ilə tamamlayıb.
Middlton ilk dəfə 2013-cü ildə, sonuncu dəfə isə 2015-ci ildə bu zinət əşyasını taxıb.
Qeyd edək ki, şahzadə bir neçə gün əvvəl Amerikada tədbirlərin birində 4 günlük kirayəsi cəmi 100 dollar (170 manat) olan paltarı ilə diqqət çəkmişdi.