Bred Pitt ilk həyat yoldaşına rəğmən bu addımı atdı

Bred Pitt ilk həyat yoldaşına rəğmən bu addımı atdı
1002 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Bred Pitt "Plan B" adlı prodüser şirkətinin 60 faizini Fransız media şirkəti "Mediawan"a satıb.

Axşam.az xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı Cennifer Eniston və 2017-ci ildə vəfat edən keçmiş meneceri Bred Qrey ilə birlikdə qurduğu şirkətin satışından 300 milyon dollar əldə edib.

Belə ki, Cenniferlə boşandıqdan sonra şirkətin yeganə sahibi olan aktyor onun 60 faizini "Mediawan"ın adına keçirib.

Qeyd edək ki, bir müddət əvvəl Cennifer sözügedən şirkətə görə Pitti məhkəməyə verərək 100 milyon dollar tələb edib.

Onu da xatırladaq ki, bundan əvvəl Pitti keçmiş həyat yoldaşı Ancelina Coli də fransız şərab zavodu "Chateau Miraval"a görə məhkəməyə verərək 250 milyon dollar istəyirdi.