Emin “Top 10”luqda birinci oldu

Emin “Top 10”luqda birinci oldu
1063 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti aparıcısı xalq artisti Səməd Səmədov idi.

Axşam.az-ın məlumatına görə, sənətçilərin kliplərini təqdim edən müğənni onlarla bağlı müsbət fikirlər də bildirib. “Top 10”luğun bu dəfəki sürprizi müğənni-bəstəkar Emin olub. Belə ki, yarışmaya yenicə qatılan ifaçı ən çox səs toplayaraq birinci yerdə qərarlaşıb.

Həmçinin “10"luğa əməkdar artist Sevda Ələkbərzadə, müğənni Xatun və Elvin Elcanın yeni ekran işləri daxil olub.

Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da efirə çıxır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

"Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.