Elnarədən həmkarlarına sərt sözlər - video
“Space” telekanalında yayımlanan “Şou+” verilişinin budəfəki qonağı muğam ifaçısı Elnarə Abdullayeva olacaq.
Axşam.az-ın məlumatına görə, həmkarlarının ünvanına sərt sözlər deyən ifaçı onları qorxaqlıqda günahlandırıb. O, telefona prodüserinin vasitəsilə cavab verən müğənniləri qınayıb.
Bütün bunları Tural Ozanın aparıcılığı ilə 27 may saat 21.45-də efirə çıxacaq “Şou+” verilişində görmək imkanınız var. Həmçinin şou-biznesin 11 milyon qazanan müğənnisinin kim olduğunu da “Şou+”un növbəti buraxılışından öyrənə bilərsiniz.
Sənət aləminin tanınmış simalarının ən yeni xəbərlərini çatdıran “Şou+”un informasiya dəstəyi Axşam.az saytına məxsusdur.