Lətifə Soyuözün məşhur ifası – video

Lətifə Soyuözün məşhur ifası – video
1158 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Lətifə Soyuözün “Sən elə bir zirvəsən ki...” adlı mahnını səsləndirdiyi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, sənətçinin sözügedən ifası “Youtube” kanalında yayılıb.

Qeyd edək ki, sözləri Baba Vəziroğluna, musiqisi Kamala aid olan bəstəni özünəməxsus tərzdə ifa edən Lətifə onu 28 May Respublika Gününə həsr etmişdi. Mahnını ilk dəfə Dövlət Filarmoniyasında keçirdiyi təqdimat mərasimində oxuyan sənətçi alqışlarla qarşılanmışdı. L.Soyuöz mahnı haqqında “Bu bəstəni böyük sənətkarlardan sonra oxumaq mənim üçün məsuliyyət idi. Amma auditoriyanın alqışlarından sonra rahat oldum, alındı” deyə bildirib.

Vokal ifaçısının həmin mahnısını təqdim edirik: