Məşhur cütlük Alp Navruzla Ayça Ayşinin hansı səbəbdən ayrıldığı ortaya çıxıb.
Axşam.az xəbər verir ki, buna səbəb hazırda baş rollarından birini Alpın ifa etdiyi "Yürek çıkmazı" serialı olub. Belə ki, baş rolu Ayçaya təklif olunduqdan sonra o, sevgilsinin də fikrini almaq üçün ssenarini aktyora oxuması üçün verib. Ekran işində keçən mövzunu bəyənən Alp aktrisadan xəbərsiz baş rol üçün yayım şirkətinə müraciət edib. Bundan xəbər tutan Ayça isə münasibətlərini sonlandırırb.
Xatırladaq ki, daha əvvəl çıxan xəbərlərdə Ayça sevgilisiylə ikinci dəfə eyni serialda rol almasının karyerasına mənfi təsir edəcəyini düşündüyü üçün təklifi rədd etdiyini demişdi.
Qeyd edək ki, Ayçaya təklif olunan rol daha sonra aktrisa İrem Helvacıoğluya həvalə olunub.