“Solğun çiçəklər” nümayiş olunacaq

“Solğun çiçəklər” nümayiş olunacaq
1037 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 14-də Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Axşam.az-ın məlumatına görə, səhnə əsəri teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.

Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var-dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.