“Payatsı” operası nümayiş olunacaq

“Payatsı” operası nümayiş olunacaq
292 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşhur italyan bəstəkar Rudjero Leonkovallonın “Payatsı” operası nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 1999-cu ildə rejissor Cənnət Səlimova tərəfindən səhnəyə qoyulan və bu günədək teatrın repertuarında ən baxımlı tamaşalarından biri olan operanın dirijoru Əməkdar artist Əyyub Quliyevdir.

Operada əsas rolları Xalq artisti Samir Cəfərov, Əməkdar artist Afaq Abbasova ifa edir.

Qeyd edək ki, operada Tonio partiyasını ifa etmək üçün italyan opera solisti Ardalan Jabbari dəvət olunub.