Çağatay Ulusoyla sevgili olduqlarını belə ələ verdi - Fotolar

Çağatay Ulusoyla sevgili olduqlarını belə ələ verdi - Fotolar
3904 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Çağatay Ulusoyun aktrisa İlkin Tüfekçi ilə eşq yaşadığı iddia edilib.

Axşam.az xəbər verir ki, aktrisanın son paylaşımı şayiələrin güclənməsinə səbəb olub. İlkin daha əvvəl Çağatayın taxdığı papaqla poz verərək sosial media hesabında paylaşıb. İzləyicilər bunu yeni münasibətin başlanğıcına işarə kimi qəbul ediblər. 

Bundan başqa, ikilinin səmimi görüntüləndiyi də deyilib. Həmçinin, Çağatayla İlkinin instaqramda paylaşdıqları fotoları bəyənməsi də diqqət çəkib.

Qeyd edək ki, Çağatay bundan əvvəl Duygu Sarışınla 5 illik münasibətini sonlandırıb.