Xalq artisti Zülfiyyə Xanbabayeva uzun fasilədən sonra yenidən yaradıcılıq işləri ilə məşğul olmağa başlayıb.
Axşam.az-ın məlumatına görə, müğənni “Hər cümləmdə” adlı yeni mahnısını təqdim edib. Bəstənin söz və musiqisi İsmayıl Əsədova aiddir.
Qeyd edək ki, Z.Xanbabayevanın sənətdən uzaqlaşmasına səbəb anasının rəhmətə getməsi olmuşdu.