“Avroviziya-2023”ün loqosu və şüarı açıqlandı

“Avroviziya-2023”ün loqosu və şüarı açıqlandı
637 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” beynəxalq mahnı müsabiqəsin loqo və şüarı açıqlanıb.

Axşam.az xəbər verir ki, loqoda dörd rəng - göy, sarı, bənövşəyi və çəhrayı yer alıb və müsabiqənin simvolu olan ürək şəklində təsvir olunub.

Belə ki, ürəklərin birlikdə döyünməsini əks etdirən loqoya uyğun şüar kimi "Musiqi ilə birləşmə" ("United by Music") seçilib.

Xatırladaq ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib.

Qeyd edək ki, mayın 9-u və 11-də müsabiqəsinin yarımfinalları keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.