Tərlan Seyidov vəfat etdi

Tərlan Seyidov vəfat etdi
1325 dəfə oxunub
  • A-
  • A
  • A+

Pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi Tərlan Mir Əşrəf oğlu Seyidov uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə Bakı Musiqi Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Tərlan Seyidov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yaratdığı Orta ixtisas musiqi məktəb-studiyasına 43 il rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsində böyük əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub.

Allah rəhmət eləsin!