Aparıcının bacısı uzun fasilədən sonra yenidən oxudu - video

Aparıcının bacısı uzun fasilədən sonra yenidən oxudu -  video
2966 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mehin Hümbətova uzun fasilədən sonra yenidən əlinə mikrofon götürüb.

Axşam.az-ın məlumatına görə, sənətçi, musiqisi Şəfiqə Məmmədovaya, sözləri Bəxtiyar Vahabzadəyə aid olan və Ruhin İsmayılov tərəfindən aranjiman edilmiş “Nədən oldu” adlı mahnını “bossa nova” janrında ifa edib.

Müğənnilik fəaliyyətinə ara verməyinin səbəbini açıqlayan Mehin bundan sonra tez-tez yeni mahnılar oxuyacağını bildirib:

“Müğənniliyə hobbi kimi baxıram. Özümü şou aləmində görmürəm. Bu təklif gələndə çox düşündüm, sonra qərar verdim. Nəticə pis alınmadı. Bundan sonra bir neçə köhnə mahnıları yeni aranjimanda oxumağı düşünürəm”.

Mehin yeni mahnısına "Arteast Media Group"un təşkilatçılığı ilə klip də çəkdirib.

Qeyd edək ki, “Xalq ulduzu” müsabiqəsinin iştirakçısı olan Mehin, aparıcı Günel Hümbətovanın bacısıdır.