Peşəkar milli teatrın 150 illiyi qeyd ediləcək - Sərəncam

Peşəkar milli teatrın 150 illiyi qeyd ediləcək - Sərəncam
347 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, Sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.