Kamran Həsənlinin verilişində nələr olacaq? - anons
“Space” telekanalında yayımlanan "Sizin saat" verilişinin budəfəki buraxılışında yol hərəkəti qaydalarından bəhs ediləcək.
Axşam.az-ın məlumatına görə, verilişdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, müğənni Arzu Rzayev, teleaparıcı və bəstəkar Sədaqət Rəşidqızı qonaq olacaq.
Tanınmışlar avtomobili sürətlə idarə etməklərindən, pozduqları yol hərəkət qaydalarından danışacaqlar.
Kamran Həsənlinin aparıcılığı ilə efirə çıxan “Sizin saat”a bu gün saat 22:35-də baxa bilərsiniz.